Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Sənaye

Sumqayıt Azərbaycanın müаsir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturunа kimya və neft-kimya, metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan sənaye müəssisələrinin əksəriyyəti müasir tехnоlоgiyаyа əsаsındа yеnidən qurulmuşdur. Şəhərin sənaye kompleksinin əsasını Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı, “Аzərikimyа” İstеhsаlаt Birliyinin “Еtilеn Pоliеtilеn” zаvоdu, “Аzərsun Sənaye Parkı”nın müаsir zаvоdlаrı, Sumqayıt Sənaye Parkı ərazisində rezidentlər,  “Giltex” MMC,  “Alyans Textil” MMC, ATS FOOD MMC, 525 MVT gücündə Sumqаyıt Еlеktrik Stаnsiyаsı Məhdud Məsuliyyətli Cəmiyyəti, Beton məmulatları istehsalı zavodu və s. təşkil edir. Sumqаyıtdа Аzərbаycаn Milli Еlmlər Аkаdеmiyаsının Pоlimеr Mаtеriаllаrı İnstitutu Аzərbаycаn Müdаfiə Sənаyеsi Nаzirliyinin «Nеftqazavtomat» Elm İstehsalat Müəsissəsi fəaliyyət göstərir.

“Etilen-polietilen” zavodu

1994-cü ildə “Sintez Kauçuk” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən “EP-300” etilen-propilen istehsalаtı və “Üzvi Sintez” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən “Polimer-120” yüksək təzyiqli polietilen istеhsаlаtının birləşməsi nəticəsində yaranmışdır. Bu kompleksin layihə səmərəliliyi etilenə münasibətdə 300 min tondan, propilenə münasibətdə 138 min tondan ibarətdir. “Polimer-120” - yüksək təzyiqli polietilen istеhsаlаtının tikintisinə 1980-ci ildə başlanılıb və 1988-ci ilin əvvəlində istismara buraxılmışdır. Sahənin istehsalat gücü polietilenə munasibətdə ildə 150 min tondan ibarətdir. Karbohidrogenin pirolizi nəticəsində (birbaşa benzin, rafinat benzin, resikləşdirilmiş benzin, etan) “EP-300” - etilen və propilenin istehsalında etilen, propilen, butilen-butadien fraksiyası, yüngül piroliz qətranı, ağır piroliz qətranı, metan, propan və hidrogen fraksiyası kimi məhsullar istehsal olunur. Müəssisənin tərkibində buxar və elektrik enerjisinin (buxar generatoru) istehsal kompleksi tikilib və 2001-ci ildə istismara verilib.

ATS FOOD  Məhdud Məsuliyyətli Cəmiyyəti

Müəssisədə biskvit və makaron sexi fəaliyyət göstərir. Biskvit sexində çoxçeşidli peçenye və vafli məhsulları istehsal edilir. Makaron istehsalı sexində müxtəlif çeşidli makaron məhsulları istehsal edilir. Dəyirman kompleksində taxıl emalı üçün 2 hissədən ibarət dəyirman və elevatorlar quraşdırılmışdır. Dəyirmanda istehsal olunan xammalın saxlanması üçün hər birinin tutumu 2500 ton olan 4 bunker fəaliyyət göstərir və onların ümumi həcmi 10 000 tondur. Müəssisədə qurulmuş böyük həcmə malik bunkerlər istehsalın xammala olan tələbatını tam ödəməyə imkan verir. Eyni zamanda xammal saxlayan bunkerlərin və iki böyük elevatorun gücü əvvəlcədən buğda alınmasını xeyli yüngülləşdirir və ucuzlaşdırır, taxıl mövsümündə alınan ucuz taxıl, qabaqcadan xammala olan tələbatın il ərzində ödənilməsinə imkan yaradaraq, məhsulun maya dəyərini aşağı salır. Hər iki dəyirman və bunkerlər Türkiyə istehsalıdır. Müəssisə daxili bazarda mal dövriyyəsində əsas yerlərdən birini tutur və Gürcüstan, Rusiya bazarlarına da makaron və biskvit məmulatları göndərir.

“Giltex” MMC

Bu parkda məhsullar 100% Azərbaycan pambığından hazırlanır. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi məhluldan istifadə edilmir. Avropa standartlarına tam uyğundur. Toxuma fabriki- burada Belçikanın Picanol toxuma maşınları və Almaniya istehsalı olan Karl - Mayer markalı haşıl dəzgahları ilə təchiz olunmuş illik gücü 8 500 000 m. parça istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur. Bu dəzgahlar geniş çeşidli və yüksək keyfiyyətli toxuma özəlliyinə malikdir. İstehsal olunan məhsullar həm 100 % pambıq həm də pambıq- polyester qarışığından ibarətdir. Toxunan parçalar 0,90 sm-dən 3,40 sm-ə qədər enində toxuna bilər. Fabrikada nəmliyin qorunub saxlaması xüsusi havalandırma sistemləri vasitəsi ilə həyat keçirilir. Toxuma təsisi OEKO TEX Standard 100 və İSO9001 keyfiyyət sertifikatına sahibdir. "Bismak" Biskvit Zavodu, “Çörəkçi” zavodu, "Bismak" Makaron Zavodu, "Bismak Şokolad" Fabriki, Dəyirman İstehsal Kompleksi, Səmkir çörək zavodu kimi istehsal sahələrindən ibarətdir.

“Alyans Tekstil” MMC

Tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sexlərdən ibarətdir və Almaniyanın “BULLMER”, Türkiyənin “Astron”, “Malkan”, “Özanadolu” və Yaponiyanın “Tajima”, “Juki” şirkətlərinin müasir avadanlıqları ilə təchiz edilmişdir. Fabrik illik 100 min dəst müxtəlif işçi geyimləri (gödəkçələr, kombinezonlar, kostyum və dəstlər) istehsal etmək gücünə malikdir. Fabrikin əsas xammalı olan parça Fond tərəfindən maliyyə dəstəyi göstərilmiş “Gilan Tekstil Parkı”ndan alınır. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılmış və Türkiyənin “Astron” şirkətindən avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, “Malkan” şirkətindən qurutma konveyerləri, “Özanadolu” şirkətindən loqotip və yazı vurulması üçün boya sexi avadanlığı, Yaponiyanın “Tajima”, şirkətindən naxış maşını və “Juki” şirkətindən universal tikiş maşınları alınmışdır. İstehsal texnologiyasına əsasən alınan parça avtomatik parça sərim avadanlığı vasitəsilə tələb olunan ölçülərə uyğun sərilir, qatlanır və mərkəzi idarəetmə sisteminin komandası əsasında müvafiq lekallara (karton qəlib) uyğun parça kəsim xəttində doğranır. Sonrakı mərhələdə doğranmış parçalar tikiş sexinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur. Hazır məhsul qablaşdırılır və satış üçün anbara yığılır.   Fabrikdə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standardlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları istehsalına və  istehsal olunan məhsulların maya dəyərinin aşağı olmasına səbəb olmuşdur.

 

“Azərsun Sənaye Parkı”nın Kağız və karton istehsalat kombinatı

 Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur.  

“Azərsun Sənaye Parkı”nın  Sumqayıt yağ fabriki

Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə müxtəlif  istehsal xətləri quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir. Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur.

“Azercathode” MMC Mis emalı istehsalı zavodu

Müəssisə  müasir avadanlıq və texnologiyalar əsasında qurulmuşdur. Emal prosesi dörd mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər mis tullantıları qəbul edilir. İkinci mərhələdə ay ərzində  450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir. İstehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir.

“Azgüntex”  MMC

Аltеrnаtiv və Bərpа оlunаn еnеrjinin аlınmаsı məqsədilə tələb оlunаn qurğu və аvаdаnlıqlаr istеhsаl еdilən müəssisədir. Burada günəş panelləri istehsalı sahəsi fəaliyyət göstərir, LЕD lаmpаlаrın istеhsаlı sahəsinin yaradılması ilə bağlı işlər aparılır.

Beton məmulatları istehsalı zavodu

Tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton məmulatları (beton borular və döşəmə daşları) ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın “Schlosser Pfeiffer”, “MBK” və “HESS”, Türkiyənin “Gökher” şirkətlərinin ən son texnologiyaları əsasında qurulmuşdur. Respublikada ilk dəfə olaraq bu zavodda yüksək keyfiyyətli beton məmulatlarının istehsal olunması məqsədilə bişirilməsini təmin edən Niderlandın “Daub” şirkətinin termoyağlı boru istehsal xətləri tətbiq edilmişdir. Zavodda istehsal prosesi tam avtomatlaşdırılmış formada həyata keçiriləcəkdir. Belə ki, alınan xammal beton istehsalı qovşağında xüsusi bunkerlərə yığılır və beton məhlulunun istehsalı üçün mikserlərə ötürülür. Avtomatik qaynaq avadanlığı vasitəsilə istehsal olunacaq beton boruların ölçülərinə uyğun armaturdan metal karkaz toxunulur və xüsusi kranlar vasitəsilə qəliblərə yerləşdirilir. Sonrakı mərhələdə beton məhlulu həmin qəliblərə doldurularaq sobalara ötürülür və hazır olan beton borular kran vasitəsilə sobadan çıxarılaraq saxlama anbarlarına və satış məntəqələrinə göndərilir. Bununla yanaşı, zavodda döşəmə daşları da istehsal olunur. Hazırlanmış beton məhlulu nasoslar vasitəsilə presləmə-formavermə avadanlığına ötürülür. Nəzərdə tutulmuş ölçü və formada qəliblərə doldurulmuş qarışıq vıbratordan keçirilərək preslənir və sobalara göndərilir. Sobadan çıxan döşəmə daşları roller qurğusu (konveyer) üzərində hərəkət edərək soyudulma mərhələsindən keçir və məhsul keyfiyyət nəzarətindən sonra avtomatik qurğu vasitəsilə paletlənir. Bütün bu istehsal prosesi avtomatlaşdırılmış mərkəzi idarəetmə sistemi vasitəsilə həyata keçirilir.  İllik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min m2 beton döşəmə daşı olan zavodda istehsal prosesi tam avtomatlaşdırılmışdır. İstehsal prosesi başa çatanadək insan əli dəymədən həyata keçirilir.Müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların təlabatına uyğun yüksək keyfiyyətli beton məmulatları təqdim edilməsi mümkündür. Zavod tərəfindən “Star” brendi ilə istehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün xüsusi nəqliyyat vasitələri alınmışdır.

 

“Azertexnolayn” MMC
Müəssisədə Almaniya, Türkiyə, Çin texnologiyaları əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir.

Telefon: (012) 377-44-44

Email: info@azertexnolayn.com

Vebsayt: https://www.azertexnolayn.com/

 

“SOCAR Polymer” MMC 

Kanada, Avstriya texnologiyalarından istifadə edilməklə ildə 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edilir.

Telefon: (012) 404-53-30

Email: project@socarpolymer.az

Vebsayt: https://www.socarpolymer.az/

 

“AzerFloat” QSC

 Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.

Telefon:(012) 525-15-27

 

“SİKA” MMC

 Müəssisədə İsveçrə texnologiyası əsasında müxtəlif növ tikinti məhsulları (qatkıların) istehsal edilir. İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” 1910-cu ildə yaradılıb və dünyanın 100-dən çox ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir.

Telefon:(012) 585-10-11

Email:info@az.sika.com

Vebsayt:https://www.sika.com/

 

“Agro-Tech Solutions” MMC

 Müəssisədə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edilir.

Telefon: (012) 430-30-62

Email:office@agrokimya.com

Vebsayt:https://agrokimya.com/az

 

“Alco” MMC

 Müəssisədə Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağları istehsal edilir.

Telefon:(012) 585-10-05

Email:info@aminol.az

Vebsayt:https://aminol.az/

 

“STDC” MMC

 Data Mərkəzdə ABŞ və Avropa istehsalı avadanlıqlarından istifadə edilməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edilir. 

Telefon:(050) 246-50-00

Email:info@stdc.az

Vebsayt:http://www.stdc.az/

 

“Azərxalça” ASC

 Müəssisədə İtaliya, Fransa və Türkiyə texnologiyaları əsasında  yunun emalı nəzərdə tutulur ki, həmin xam yundan təmiz yun və iplik əldə olunacaq. Fabrikdə həmçinin ipliklərin boyanması prosesi də həyata keçiriləcək. 

Telefon: (012) 465-17-52

 

“STP” MMC

 Kompleks 10 istehsalat sahəsini (Kabel zavodu, Polimer məmulatlar zavodu, Elektrik avadanlıqları zavodu, Sendviç panelləri zavodu, Mexaniki emal zavodu, Qaynaq quraşdırma zavodu, Metaləritmə zavodu, Antikorroziya örtükləri zavodu, Alüminium və mis profilləri zavodu, Texniki qazlar zavodu) özündə birləşdirir. Bu müəssisələrdə Avropa, Yaponiya və Çin texnologiyası əsasında müxtəlif təyinatlı sənaye məhsulları (elektrik avadanlıqları, kabel, polimer məhsulları, qaldırıcı kranlar, sendviç panellər, metal konstruksiya, havalandırma sistemləri, ödəniş terminalları, PVC qapı və pəncərə, günəş kollektorları və s.) istehsal edilir.

Telefon: *0990

Email: info@stp.az

Vebsayt:https://www.stp.az/

 

"Tabaterra" QSC

 Fabrikdə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən ağır, yüngül və daha yüngül dərəcəli olmaqla üç növdə (Ənənəvi standart ölçülü - King Size formatlı siqaretlər, Müasir - Demi Slims formatlı siqaretlər və Super Slims – Nano formatlı siqaretlər) filterli siqaretlər istehsal edilir.

Telefon: (012) 585-10-01

Email:info@tabaterra.az

Vebsayt:https://tabaterra.az/

 

SOCAR Karbamid Zavodu

 Zavodda Danimarkanın “Haldor Topsoe” və Niderlandın “Stamicarbon B.V.” şirkətlərinin texnologiyası əsasında ildə 650-660 min ton azot gübrəsi istehsal edilir.

Telefon: (012) 521-31-50

Email:karbamid.zavodu@socar.az

Vebsayt:https://socar.az/socar/az/home/

 

“SumPlast” MMC

 Zavodda Almaniya texnologiyası əsasında beynəlxalq standartlara cavab verən sənaye istifadəsi üçün FFS tipli polietilen filmlər istehsal edilir.

Telefon: (050) 200-11-04

Email:saftar@sumplast.az

Vebsayt:https://sumplast.az/

 

“Archi Glass” MMC

 Müəssisədə İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatlar istehsal edilir.

Telefon: (050) 225-71-26

Email:info@archiglass.az

Vebsayt:http://archiglass.az/

 

“Universal Packing Industry” QSC 

Müəssisədə Çin, İtaliya, Türkiyə və Rusiya kimi qabaqcıl ölkələrin texnologiyalarınadan istifadə edilməklə Azərbaycanda məişət təyinatlı malların qablaşdırılmasında istifadə olunan qofre karton, diplomat zərf, fayl və başqa bu kimi məhsulların istehsalı həyata keçirilir.

Telefon:(050) 214-57-60

Email:upi.qsc@gmail.com

 

"Azmonbat" MMC 

Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyaları əsasında istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılır, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunur. 

Telefon: (012) 490 75 22

Email:info@azmonbat.com

Vebsayt:https://www.azmonbat.com/

 

“Bakı Tekstil Fabriki” MMC 

Müəssisədə Türkiyə texnologiyası əsasında Azərbaycanda tibbdə və məişətdə mikrob, bakteriya və viruslardan mühafizə üçün istifadə olunan ikiqatlı və üçqatlı sadə və bakterioloji maskaların istehsalı həyata keçirilir.

Telefon: (012) 412 02 06

Email:office@btf.az

Vebsayt:https://www.btf.az/

 

“Glassica” QSC 

Müəssisədə Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

Telefon: (050) 256 16 81

Email:office@glassica.az

 

“Azərsulfat” MMC.

 Müəssisədə qabaqcıl texnologiyaların tətbiqi ilə sulfat turşusunun istehsalı həyata keçirilir.

Telefon: (012) 505 84 70

Email:info@azersulfat.az

 

“Novus Plastica”  MMC

 Müəssisədə Yaponiya və Almaniya texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal edilir.

Telefon: (012) 599-67-67

Email: office@economiczones.gov.az

Vebsayt: http://www.economiczones.gov.az/

 

Azeka BM” MMC

 Müəssisədə Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişət məhsullarının istehsalında istifadə olunan üyüdülmüş kalsit (kalsium karbonat) istehsal ediləcək.

Telefon: (012) 599-67-67

Email: office@economiczones.gov.az

Vebsayt: http://www.economiczones.gov.az/

 

“Azərbaycan Vanhong Ceramics Co.” MMC 

Sumqayıt Sənaye Parkının ərazisində keramik plitələrin istehsalı həyata keçirilir.

Telefon: (012) 599 67 67

Email: office@economiczones.gov.az

Vebsayt: http://economiczones.gov.az/

 

"Az-Tex-Import" MMC 

Sumqayıt Sənaye Parkının ərazisində "Az-Tex-Import" MMC tərəfindən "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.

Telefon: (012) 464 87 75

Email: info@aztexgroup.az

Vebsayt: http://aztexgroup.az/

 

“Çinar-Servis” İKF

 Şirkət Sumqayıt Sənaye Parkının ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.

Telefon: (012) 599 67 67

Email: office@economiczones.gov.az

Vebsayt: http://economiczones.gov.az/

 

"İMA-ENERGY” QSC

Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 Sumqayıt Sənaye Parkının ərazisində "İMA-ENERGY” QSC tərəfindən 10 və 35 kV-luq elektrik yuvalarının istehsalı həyata keçirilir.

Telefon: (012) 505 48 30

Email: info@imaenergy.az

Vebsayt: https://imaenergy.az/

 

 

 

 “AK PACK” MMC

 Müəssisədə yumşaq polimer qablaşdırma məhsulları istehsal edilir.

Telefon: (012) 599 67 67

Email: office@economiczones.gov.az

 

“Kartaş Kimya” MMC 

Müəssisədə müxtəlif tikinti kimyəvi vasitələrin istehsalı həyata keçiriləcək.

Telefon: (012) 347-10-10

Email: info@mrfix.az

Vebsayt: http://mrfix.az/az/

 

“SENSEMI DMCC” Şirkəti

 Müəssisədə elektrik avtomat və sayğac istehsal ediləcək.

Telefon: (012) 599 67 67

 

“Azairtechservice” MMC

Telefon:(012) 599-67-67

 

“Neo Project” MMC 

Müəssisədə müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal ediləcək.

Telefon: (051) 240-46-60

Email: Info@nprommc.com

 

“Sakuraz Green Energy” MMC.

 Müəssisədə litium akkumulyatorlarının bərpası həyata keçirilir.

Telefon: (051) 277-36-96

Email: office@sakur.az

 

“Assan-STP Panel” MMC 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı sendviç panellərinin istehsalı həyata keçirilir.

Telefon: (050) 246-48-28

Email: info@assanpanel.com.tr

 

“Baku Steel Company” QSC  

Şirkət tərəfindən Sənaye Parkının ərazisində ferrosilisium (FeSi) istehsalı həyata keçirilir.

Telefon: (012) 490-08-00

Email: pr@bakusteel.com

Vebsayt: https://www.bakusteel.com/

 

“Bakı Karton və Qutu Fabriki” MMC

 Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq.

Telefon: (051) 586-28-87

Email: ks@bakikarton.az

 

“Azermirror” MMC

 Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

Telefon: (050) 320-22-74

 

“Caspian Lubricants Recycling“ MMC 

Azərbaycan-Bolqarıstan birgə müəssisəsində mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı həyata keçiriləcək.

Telefon: (012) 599 67 67

 

“Elba Chem” QSC

 Şirkət tərəfindən Sənaye Parkının ərazisində kalium sulfat (gübrə) istehsalı zavodu inşa ediləcək.

Telefon: (050) 245-11-19

Email: info@elba.az

Vebsayt: https://www.elba.az/

 

Türkiyə kapitallı "Eurotec Group" MMC

Şirkət tərəfindən Sənaye Parkının ərazisində metal çəllək zavodunun qurulması nəzərdə tutulur.

Telefon: (050) 222-06-07

Email: eurotecgroupllc@gmail.com

Vebsayt: https://www.eurotecgroup.az/

.

“Sumqayıt Elektrik Stansiyası” MMC

Yanacaq-energetika sənayesi üzrə şəhərdə ilk müəssiə - istehsal gücü 25 MVt оlаn və 1941-ci ildə istismara verilmiş “Sumqayıt İstilik Elektrik Müəssisəsi-1” olub. 1963-cü ildə müəssisənin istehsal gücü artaraq 450 MVt olub. Buxar Gеnеrаtоr qurğusunun işə salınması və bu zaman ətraf zavodların texnoloji məqsədlərə buxar tələbatının sıfra qədər azaldılması səbəbindən İEM-1 tam kondensasiya rejiminə keçərək 2002-ci ildən enerji istehsalını tam dayandırıb. Təməli 12 avqust 2005-ci ildə qoyulmuş yeni Sumqayıt Elektrik Stansiyası 2009-cu ildə istismara verilib. Еlеktrik Stаnsiyаsının gücü 525 MVt, illik enerji istehsalı 4150 mln.kvt.s, şərti yanacaq sərfi 234 qr/kvt.s təşkil еdir.

 

Keçidlər