Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşmişdir. İnzibati rayonunun ərazisi Abşeron yarımadasında 9495 hektar təşkil edir. Torpağı günəşli, iqlimi quru, yarımsəhradır.
Küləkli günlərin sayı ildə 200-ə və küləyin sürəti adətən 5-20 m/san arasında dəyişilir. Şəhər ərazisindən Sumqayıt çay axır. Havanın ən aşağı temperaturu – 13 o S yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə + 40 o S avqust ayında qeydə alınmışdır. Havanın illik orta tempraturu +14,4 o S-dir. Yay fəsli dövründə torpağın səth temperaturu + 60 o S qədər çatır. Yağıntılar əsasən payız-qış mövsümlərində olur. Yaz və yay ayları quraqlıq olur. İldə 247 mm yağıntı düşür. Ərazidə şimal küləyi çox, cənub küləyi isə az müşahidə edilir.
Sumqayıt şəhərinin cənub hissəsindən «Samur-Abşeron» kanalı keçir. Bu kanalın suyu «Ceyranbatan Su Anbarı» hövzəsinə tökülür. Çay həmişə quru olur, yalnız aprel və may aylarında güclü küləkdən sonra su ilə dolur.
Rayon ərazisində təbii bitki örtüyü əsasən yarımsəhra xarakterli yovşan və bataqlıq otundan ibarətdir. Şəhər kənarında çöl heyvanları – tülkü, çaqqal, dovşan, canavar və quşlar - ördək, göyərçin, sığırçın və s. saxlanılır.
Şəhər insanların qayğılı əlləri ilə salınmış parklarla əhatə olunur. Sumqayıtlıların öz doğma şəhərlərinə olan sevgisi şəhəri yaşıl bağa çevirmişdir.

Su m qayıt şəh ərinin yaşıllıq ərazilərinin
sərh ədlərinin qrafik təsvirini əks etdirən
XƏRİTƏ

Keçidlər