Şəhər haqqında
İdman
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 1995-ci ilin yanvar ayından rəsmi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2022-ci il tarixli Sərəncamına əsasən Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi yaradılıb. 05 iyul 2023-cü il tarixindən Regional İdarə kimi fəaliyyət göstərir. Regional İdarə Sumqayıt şəhərini (Gənclərlə iş, İdman, İnzibati təşkilat və Maliyyə-iqtisadiyyat sektorları), Abşeron (Abşeron rayon gənclər və idman sektoru) və Xızı (Xızı rayon gənclər və idman sektoru) rayonlarını əhatə edir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi regionda gənclərlə iş, idman sahələrində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanıdır. Regional İdarə öz fəaliyyətini şəhər İcra hakimiyyəti və Bələdiyyə orqanları ilə habelə digər dövlət orqanları ilə əlaqəli şəkildə həyata keçirir.
İdarənin əsas vəzifələri və funksiyaları
Regionda gənclərlə iş, idman sahələrində dövlət siyasətini həyata keçirir;
Regionun ərazisində gənclər təşkilatlarının, idman federasiyalarının digər aidiyyatı təşkilatlarınfəaliyyətiniəlaqələndirir;
Azərbaycan Respublikası Qanunvericilik aktlarında öz əksini tapmış gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması sahələrində əlaqədar təşkilatlarla birlikdə tədbirlər görür, lazım gəldikdə bu məqsədlə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırır;
Əhalinin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək üçün idman qurğularının imkanlarından səmərəli istifadə edilməsinin təşkil edir;
Öz funksiya və səlahiyyətləri daxilində toplantılar, görüşlər keçirir, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə müxtəlif sahələrdə sərgilər, festivallar, müsabiqələr və digər tədbirlər təşkil edir;
Bələdiyyələrdə və regional həyatda gənclərin iştirakına yardım edir;
Gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını, Milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsinə yönəldir;
Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
“Sumqayıt Gənclər Evi” sosial xidmət müəssisəsi
İstifadəyə verildiyi tarix: 2015-ci il.
Dərnəklər: Riyaziyyat, məktəbəqədər, robotexnika
Kulublar: Asudə vaxt, rusdili danışıq, təlim və inkişaf, müzakirə, debat, vətənpərvərlik, converstation.
Könüllülərin sayı: 100 nəfər
Rəhbər şəxs: Nağıyeva Nərgiz Firudin qızı
Ünvan: Sumqayıt şəhəri, 5-ci mkr-on
Əlaqə telefonu: (055) 310 46 99; (018) 652 06 11
İDMAN QURĞULARI - (2024-cü ilin statistik məlumatları)
İdman qurğularının sayı, cəmi - 345.
Stadionlar - 6, Kompleks-idman qurğuları - 13, Üzgüçülük hovuzları - 4.
Olimpiya kompleksləri - 1. Paralimpiya İdman kompleksi - 1
Idman zalları - 127, Atıcılıq tirləri - 12, Sadə idman qurğuları - 158.
Bədən tərbiyəsi-sağlamlıq mərkəzləri - 24, Şahmat klubları - 1, Aerobika-trenajor zalları – 19, tennis kortu - 4.
KOMPLEKS-İDMAN QURĞULARI
Qurğunun adı: M.Hüseynzadə adına şəhər stadionu
Balans mənsubiyyəti: Sumqayıt şəhər İcra Hakimiyyəti.
İstifadəyə verildiyi tarix: 1966-cı il.
Əsaslı təmir olunaraq 2023-cü il tarixindən istifadəyə verilib.
Rəhbər şəxs: İmranovŞahinSəlim oğlu.
Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi - 25.
Əlaqə telefonu: (018) 655 48 28.
Qurğunun adı: "ZİRVƏ" İnternational Sport Clubs Sumqayıt MMC
Balans mənsubiyyəti: Özəl.
İstifadəyə verildiyi tarix: 1959-cu il.
İnkişaf etdirilən idman növləri: futbol, fitnes
Eyni vaxtda buraxılma qabiliyyəti: 20 nəfər.
Rəhbər şəxs: Məhərrəmli Murad Mətləb oğlu.
Ünvan: Sumqayıt şəhəri, H.Əliyev prospekti, 18-ci məhəllə - 34A.
Əlaqə telefonu: (077) 277 77 72
Qurğunun adı: “Alüminiumçu” İdman Evi
Balans mənsubiyyəti: Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi.
İstifadəyə verildiyi tarix: 1962-ci il.
İnkişaf etdirilən idman növləri: Sərbəst və yunan-roma güləşi, karate.
Eyni vaxtda buraxılma qabiliyyəti: 60 nəfər.
Rəhbər şəxs: Quliyev Kənan Kamal oğlu.
Ünvan: Sumqayıt şəhəri, 16-cı məhəllə, Nizami küçəsi - 39.
Əlaqə telefonu: (018) 655 91 41.
Qurğunun adı: “İnşaatçı” Təlim-Məşq Bazası (stadion).
Balans mənsubiyyəti: Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi.
İstifadəyə verildiyi tarix: 1956-cı il.
İnkişaf etdirilən idman növləri: Futbol.
Eyni vaxtda buraxılma qabiliyyəti: 40 nəfər.
Rəhbər şəxs: Nərimanov Ramil Sədaqət oğlu.
Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi.
Əlaqə telefonu: (050) 795 00 70.
Qurğunun adı: “Təhsil” Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxs Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpia Ehtiyyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxs
Balans mənsubiyyəti “Təhsil” Respublika İdman Mərkəzini
İstifadəyə verildiyi tarix: 1966-cı il.
İnkişaf etdirilən idman növləri: Boks, basketbol, stolüstü tennis, futbol, üzgüçülük, taekvondo, cüdo, ağırlıqqaldırma, yunan-Roma və sərbəst güləş, sambo, valeybol, idman gimnastikası, badminton, qılıncoynatma.
Eyni vaxtda buraxılma qabiliyyəti: 180 nəfər.
Rəhbər şəxs: Aslanov Fuad Alxan oğlu.
Ünvan: Sumqayıt şəhəri, 5-ci mkr.
Əlaqə telefonu: (018) 642 13 41.
Təşkilatın adı: “Təhsil” Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxs Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxs
Balans mənsubiyyəti “Təhsil” Respublika İdman Mərkəzini
İstifadəyə verildiyi tarix: 1981-ci il.
Əsaslı təmir olunaraq 2016-cı il tarixində istifadəyə verilib.
İnkişaf etdirilən idman növləri: Şahmat, futbol, cüdo, sambo, karate, sərbəst güləş.
Eyni vaxtda buraxılma qabiliyyəti: 110 nəfər
Rəhbər şəxs: Dadaşov Üzeyir Zahid oğlu
Ünvan: Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi 22.
Əlaqə telefonu: (055) 750 21 00; (018) 655 67 21.
Qurğunun adı: Paralimpiya İdman Kompleksi
Balans mənsubiyyəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
İstifadəyə verildiyi tarix: 2008-ci il.
İnkişaf etdirilən idman növləri: Cüdo, futbol, atletizm, üzgüçülük, güllə atıcılığı, boks, kamandan ox atma, pauerliftinq,karate, kikboksinq, kapoeira.
Eyni vaxtda buraxılma qabiliyyəti: 70 nəfər.
Rəhbər şəxs: Hacıyev Yaşar Fərəc oğlu
Ünvan: Sumqayıt şəhəri, 47-ci məhəllə
Əlaqə telefonu: (018) 656 83 98, (018) 648 52 88
Qurğunun adı: "TERM" İdman Kompleksi
Balans mənsubiyyəti: Özəl.
İstifadəyə verildiyi tarix: 2009-cu il.
İnkişaf etdirilən idman növləri: Cüdo, futbol, atletizm, üzgüçülük, karate.
Eyni vaxtda buraxılma qabiliyyəti: 65 nəfər
Rəhbər şəxs: Eyvazov Əli Əsgər oğlu.
Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə.
Əlaqə telefonu: (070) 2224022.
Qurğunun adı: "Həmid-D" İdman Kompleksi
Balans mənsubiyyəti: Özəl.
İstifadəyə verildiyi tarix: 2005-ci il.
İnkişaf etdirilən idman növləri: Futbol, atletizm.
Eyni vaxtda buraxılma qabiliyyəti: 60 nəfər.
Rəhbər şəxs: Ismayılov Elmar Dağbəyi oğlu.
Ünvan: Sumqayıt şəhəri, 6-cı mkr.
Əlaqə telefonu: 050 220 31 72
Qurğunun adı: Sumqayıt Olimpiya İdman Kompleksi
Balans mənsubiyyəti: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi.
İstifadəyə verildiyi tarix: 2011-ci il.
İnkişaf etdirilən idman növləri: Cüdo, sambo, sərbəst güləş, futbol, üzgüçülük, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, karate, voleybol, basketbol, tennis.
Eyni vaxtda buraxılma qabiliyyəti: 110 nəfər.
Rəhbər şəxs: Məmmədyarova Zeynəb Həmid qızı.
Ünvan: Sumqayıt şəhəri, 17-ci mk/on.
Əlaqə telefonu: (018) 657 03 02.
Qurğunun adı: "Neftçi" İdman Klubu İctimai Birliyinin Sumqayıt Təlim İdman Zalı
Balans mənsubiyyəti: "Neftçi" İdman Klubu İctimai Birliyi.
İstifadəyə verildiyi tarix: 1980-cı il.
İnkişaf etdirilən idman növləri: Cüdo.
Eyni vaxtda buraxılma qabiliyyəti: 35 nəfər.
Rəhbər şəxs: Mirzəliyev Məzahir Saleh oğlu.
Ünvan: Sumqayıt şəhəri, 22-cı məhəllə.
Əlaqə telefonu: (055) 813 22 82
Qurğunun adı: Sumqayıt Dövlət Universiteti
Balans mənsubiyyəti: Azərbaycan Respublikası Təhsil Nazirliyi.
İnkişaf etdirilən idman növləri: Futbol, stolüstü tennis, güllə atıcılığı, atletika.
Eyni vaxtda buraxılma qabiliyyəti: 75 nəfər.
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə.
Əlaqə telefonu: (050) 336 42 30.
İDMAN TƏŞKİLATLARI
Təşkilatın adı: “Təhsil” Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxs Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpia Ehtiyyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxs
Yarandığı tarix: 1966-cı il.
İnkişaf etdirilən idman növləri: Boks, basketbol, stolüstü tennis, futbol, üzgüçülük, taekvondo, cüdo, ağırlıqqaldırma, yunan-Roma və sərbəst güləş, sambo, valeybol, idman gimnastikası, badminton, qılıncoynatma.
Məşğul olanların sayı: 1838 nəfər (2024-cü il).
Məşqçi-müəllimlərin sayı: 75 nəfər (2024-cü il).
Rəhbər şəxs: Aslanov Fuad Alxan oğlu.
Ünvan: Sumqayıt şəhəri, 5-ci mkr.
Əlaqə telefonu: (018) 642 13 41, 1nomreliugism@mail.ru
Təşkilatın adı: “Təhsil” Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxs Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxs
Yarandığı tarix: 1981-ci il.
İnkişaf etdirilən idman növləri: Şahmat, futbol, cüdo, sambo, karate, sərbəst güləş.
Məşğul olanların sayı: 1559 nəfər (2024-cü il).
Məşqçi-müəllimlərin sayı: 62 nəfər (2024-cü il).
Rəhbər şəxs: Dadaşov Üzeyir Zahid oğlu.
Ünvan: Sumqayıt şəhəri, Heydər Əliey adına istirahət Parkı.
Əlaqə telefonu: (055) 750 21 00; (018) 655 67 21. e-mail: 2ugism@mail.ru
Təşkilatın adı: İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Yarandığı tarix: 1972-ci il.
İnkişaf etdirilən idman növləri: Bədii gimnastika, sərbəst güləş, cüdo, futbol, taekvondo.
Məşğul olanların sayı: 432 nəfər (2024-cü il).
Məşqçi-müəllimlərin sayı: 18 nəfər (2024-cü il).
Rəhbər şəxs: Quliyeva Aidə Mahmudqızı.
Ünvan: Sumqayıt şəhəri, 17 mkr-on, Olimpiya İdman Kompleksi.
Əlaqə telefonu: (055) 482 26 05; e-mail: ioeugim2012@mail.ru
Təşkilatın adı: “Spartak-1980” M.M.C.
Yarandığı tarix: 2019-ci il.
İnkişaf etdirilən idman növləri: Bədii gimnastika, futbol, karate, aerobika,fitnes.
Məşğul olanların sayı: 474 nəfər (2024-cü il).
Məşqçi-müəllimlərin sayı: 8 nəfər (2024-cü il).
Rəhbər şəxs: Mehdiyev Zal Allahverdi oğlu. Direktor.
Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi – 119.
Əlaqə telefonu: (055) 224 88 48;






