Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt ŞİH başçısının sərəncamı

                             

                               Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının       

        

                                                      SƏRƏNCAMI

 № 271                                                                                      01 may 2025-ci il

 

     Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında

 

Azərbaycan Respublikasının “İctimai iştirakçılıq  haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq  haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə  16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq qərara alıram:


  1. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın:

                                           Komissiyanın sədri:

Teymur Səmədov-   Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini
                                 

                                   Komissiyanın üzvləri:
Layiqə Hidayətova          Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri
Fərman Kazımov      Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini

Nuranə İmanova      Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
İbrahim İbrahimov    Azad İstehlakçılar İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri
Sevinc Allahyarova   Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri
Zamani Dadaşov        ADİ və İXİ Sumqayıt şəhər komitəsinin sədri
İmran Mehdiyev      Əlillər Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri
İldırım Şirinov     Demokratik Gənclər İctimai Birliyi
     2. Seçki Komissiyasına tapşırılsın ki, İctimai Şuraya seçkini “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin  tələblərinə uyğun təşkil etsin.
    3. Seçkinin keçirilməsi ilə bağlı elan Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində   və “Sumqayıt” qəzetində  verilsin.
    4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
  

Sumqayıt şəhər İcra Hakimiyyətinin

başçısı                                                                                                           Zakir Fərəcov

Keçidlər