Şriftin ölçüsü :

Saytın rəngi :

ELANLAR

    

ELAN 1

 

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı 

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.

Qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının  nəzərinə çatdırılır ki, şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 02.05.2025-ci il tarixindən 03.06.2025-ci il tarixinədək İcra Hakimiyyətinin Seçki Komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair” Əsasnamənin 2.11-ci bəndinə əsasən vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

     -   şəxsiyyət vəsiqəsinin surətini;

     -   namizədin tərcümeyi-halını;

     -   vətəndaş cəmiyyəti üzvlüyünü təsdiq edən sənədin surətini;

 

Əlaqələndirici şəxs : Fərman Kazımov, əlaqə telefonu (018) 65 5 35 35

                              farman.kazimov@mail.ru

 

ELAN 2

 

İctimai Şura üzvlərinin seçilməsində nümayəndələrinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 22 iyul 2025-ci il tarixədək nümayəndələri haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələri ) göstərilməklə seçki komissiyasına müraciət edə bilərlər.

Seçkilər 3 iyul 2025-ci il tarixdə saat 11 00-dan 13 00-dək Sumqayıt Dövlət Dram teatrında keçiriləcəkdir.

Qeyd: Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin sayı 15 nəfər müəyyən edilib.

 

 

Keçidlər