Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında sərəncam
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında sərəncam
Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın;
Komissiyanın sədri:
• Teymur Səmədov - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
Komissiyanın üzvləri:
• Layiqə Hidayətova - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri
• Nətavan İsmayılova - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
• Fəxriyə Ərəbova - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri
• Mətanət Məhərrəmova - Qırmızı Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri
• Sevinc Allahyarova - Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri
• Emil Əlirzayev - ADİ və İXİ Sumqayıt şəhər komitəsinin sədri
• İmran Mehdiyev - Əlillər Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri
• Xudaverdi Əliyev - Təhsil işçiləri Azad Həmkarlar ittifaqı şəhər komitəsinin sədri
2. Seçki Komissiyasına tapşırılsın ki, ictimai şuraya seçkini “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun təşkil etsin;
3. Bu Sərəncam Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilsin və “Sumqayıt” qəzetində dərc edilsin;
4. Sərəncamdan çıxarışın aidiyyəti üzrə çatdrılmasını şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın;
5.Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
QEYD: İctimai şuraya seçkilərlə bağlı sənədlərin qəbulu 13 aprel - 07 may 2021-ci il tarixlərində həyata keçiriləcəkdir.