Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib

23 fevral 2021 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə  Sumqayıt şəhərinin müxtəlif küçə və  prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.

Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.

Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

 

Keçidlər