Şriftin ölçüsü :

Saytın rəngi :

Çin Xalq Respublikasının Cucou şəhəri Sumqayıt şəhərinə humanitar yardım edib

18 aprel 2020 | 16:00

Bu dəfə Çin Xalq Respublikasının Cucou şəhərindən Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərilib.  Cucou şəhərindən göndərilən tibbi ləvazimatlar artıq Sumqayıt şəhərinə çatıb və dezinfeksiya olunduqdan sonra qəbul edilib.

Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirus epidemiyasına qarşı mübarizədə istifadə olunacaq.

Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Myenyan və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi.

Keçidlər