Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyəti coronavirusu ilə mübarizə aparan Çinə tibbi humanitar yardım göndərib

12 fevral 2020 | 16:00

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib. Sumqayıt şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Mienyen şəhəri ilə Sian şəhərinə tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44  min 653  nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min   nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә koronavirus epidemiyası sәbәbindәn  xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nǝfǝrǝ yüksәlib.

Yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.

 

Keçidlər