Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov 21 saylı orta məktəbə baxış keçirib

26 aprel 2019 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb.
Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərə tövsiyələrini verib, sualları cavablandırıb.
Vurğulanıb ki, ümumi təhsildə keyfiyyət irəliləyişləri nəinki buraxılış və qəbul imtahanlarının nəticələrində, eyni zamanda digər təhsil pillələri üzrə təlim göstəricilərində də müşahidə edilib, bəzi göstəricilər isə son illərin ən yüksək göstəricisi olub. Aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdiridiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.
Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün müəllim və şagird kollektivinə tövsiyələrini çatdırıb, şəhərdə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təklif və tövsiyələrini dinləyib.

Keçidlər