Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov ASAN könüllülərinin tədbirində iştirak edib

30 noyabr 2018 | 16:00

Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası səhnələşdirilib.  Tədbir Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təşkil edilib.
Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.
Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr verilib.
Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar hazırlanır.

Keçidlər