Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 2 iyul - Polis İşçilərinin Peşə Bayramı Günü qeyd olundu.

01 iyul 2017 | 16:00

Polis işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis veteranları iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Polis işçilərini bayram münasibəti ilə təbrik edib.
Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib. Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu diqqət və qayğınınbariz təcəssümüdür.
Mərasimdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına və polis veteranlarına fəxri fərmanlar və pul mükafatları təqdim edilib.

 

 
Keçidlər