Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib.

01 iyun 2017 | 16:00

Sumqayıt Dövlət Dram Teatrında təşkil edilmiş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara can sağlığı, firəvan həyat, dərslərində naliyyətlər və yaradıcılıq uğurları arzulayıb.
Bayram tədbiri uşaq bağçası – körpələr evinin balaca fidanlarının ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam etdirilib.
Sonda İcra Başçısı tərəfindən səmərəli və ictimai fəaliyyətinə görə fərqlənən müəllimlərə fəxri fərman və uşaqlara hədiyyələr verilib.

 

Keçidlər