Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları ilə görüş keçirildi.

22 iyul 2016 | 16:00

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançılarının yolasalma mərasimi keçirilib.
  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları Elvin Məmişzadə (boks), İlham Zəkiyev, Rövşən Səfərov, Səbinə Abdullayeva (cüdo), Elşən Hüseynov (poverliftinq) və onların məşqçiləri ilə görüşüb.
  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində qısa vaxt ərzində Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri, o cümlədən bədən tərbiyəsi və idman sahəsinin inkişafı istiqamətində görülən işlər, təşkil edilən Beynəlxalq miqyaslı tədbirlər haqqında geniş məlumat verib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində ayrı-ayrı idman növləri üzrə Milli yığma komandaların tərkibində çıxış edən Sumqayıtlı idmançıların beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalmasını önə çəkən şəhər rəhbəri Braziliyada təşkil ediləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılara uğurlar arzulayıb.
  Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev, Əməkdar Məşqçi Yengibar Əliyev səmimi qəbula, eyni zamanda doğma Sumqayıtın gözəlləşməsi istiqamətində aparılan yenidənqurma və abadlıq işlərinə, çoxsaylı yeni sosial layihələrin həyata keçirilməsinə görə ölkə və şəhər rəhbərliyinə idmançılar və məşqçilər adından dərin minnətdarlığını bildiriblər.
  İdmançılar və onların məşqçilərinin hər birinə hədiyyə təqdim edilib, xatirə şəkili çəkilib.

Keçidlər