Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

20 iyun 2016 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Şəhər rəhbərinə binada aparılan əsaslı təmir işləri haqqında ətraflı məlumat verilib.
     İdarənin həyətyanı sahəsində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, əraziyə müxtəlif növ mövsümi güllər əkilib. Vətəndaşların istirahəti üçün oturacaqlar quraşıdırılıb.
     Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma İdarəsində görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər