Poçt və Rabitə
Sumqayıt Regional Poçt Filialı
İdarənin adı: Sumqayıt Regional Poçt Filialı
Ünvanı: Azərbaycan prospekti 15
Əlaqə telefonu: (018) 655-22-03
Rəhbərin adı: Əsgərov Ədalət Süleyman oğlu
Fəaliyyəti haqqında qısa məlumat:
“Azərpoçt” –un Sumqayıt Regional Poçt Filialının Abşeron rayonu daxil olmaqla 25 poçt şöbəsi, o cümlədən, 2 mərkəzi poçt şöbəsi: Xırdalan Mərkəzi Poçt şöbəsi və Sumqayıt Mərkəzi poçt şöbələri fəaliyyət göstərir. Poçt şöbələri əhali və idarə-müəssisələrə geniş çeşiddə, yəni 45-ə yaxın ənənəvi qeyri-ənənəvi poçt xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq danışıq, sadə və sifarişli, qiymətli məktub, banderol, bağlama, teleqram, barat, şəhərlərarası danışıq, abunə, qaz, enerji, su haqlarının qəbulu və s. kimi xidmətlər gündəlik əhaliyə göstərilən xidmətlərdəndir. Əməliyyatların aparılmasının avtomatlaşdırılması məqsədilə bütün poçt şöbələri texniki vasitələrlə (kompyuter, elektron tərəzi, faks aparatları) tam təmin edilmişdir.
TELEKOMMUNİKASİYA QOVŞAĞI
Müəssisənin adı: Sumqayıt Şimal-Şərq Regional Filialı
Ünvanı: Azərbaycan prospekti 15
Əlaqə telefonu: (018) 646-35-00 646-00-23
Rəhbərin adı: Məmmədov Rövşən
Fəaliyyəti haqqında qısa məlumat
| Sumqayıt Telekommunikasiya Qovşağı Azərbaycan Respublikası Rabitə Nazirliyinin 1996-cı il tarixli əmiri ilə |
| yaradılıb. Müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) sisteminə daxildir. |
| Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyət müstəqil strukturlu təsərrüfat vahididir, müstəqil balansa malikdir, tam |
| təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. İdarə yerli hakimiyyət |
| orqanlarına,əhaliyə, müəssisə, idarə və təşkilatlara yüksək keyfiyyətli və fasiləsiz rabitə xidməti göstərir. |
| Sumqayıt Şimal-Şərq Regional Filialında 5 Avtomat Telefon Stansiyası mövcuddur. Ümumi tutum 103000 ədəd |
| istifadə tutumu 50839 ədəddir. |






