Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə “Yeriniz qəlbimizdədir” adlı tədbir keçirilib

06 noyabr 2022 | 09:54

Sumqayıtda Zəfər Günü münasibətilə Yeriniz Qəlbimizdədir adlı tədbir keçirilib. Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və tibb işçiləri iştirak edib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Sumqayıt tibb mərkəzinin direktoru Səkinə Sadıxova gələn qonaqları salamlayıb..Bizə bu zəfəri yaşadan Ali Baş komandan prezident İlham Əliyevə və vətənpərvər oğullar yetişdiriklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını bildirib.

Qeyd olunub ki, Sumqayıt tibb mərkəzi 2474 şəhid ailəsi,qazi və müharibə iştirakçısına tibbi xidmət göstərib. 2022-ci ilin fevral ayından bu günədək 100 nəfər bu kateqoriyadan olan şəxs Mərkəz tərəfindən işlə təmin edilib.Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qarşıdan gələn Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Hər zaman sülh şəraitində yaşamağı arzulayıb. Qeyd olunub ki, Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır. Onların preoblemlərinin həll olunması məqsədilə Sumqayıtda Əlaqələndirmə mərkəzi də fəaliyyətə başlayıb.Çıxışlarda bildirilib ki, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazıb. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Vurğulanıb ki, 44 günlük vətən müharibəsində Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

Çıxışlardan sonra tədbir musiqili proqramla davam etdirilib.

Keçidlər