Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüş keçirdi

13 sentyabr 2023 | 11:28

Sumqayıt şəhərində şəhid ailələrinin orta məktəbə gedən övladları ilə və 2022-2023-cü tədris ilində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan, Sumqayıt məktəblərindən məzun olan tələbələrlə görüş keçirilib. Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Müşfiq Məmmədli, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, şəhid ailələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ali məktəblərə yüksək balla qəbul olan məzunlar iştirak edib.

Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qeyd edib ki, ötən tədris ilinin sonunda Sumqayıt şəhəri üzrə 3789 nəfər ümumtəhsil məktəblərinin 11-ci sinfini bitirərək məzun olub.qəbul imtahanında iştirak edən məzunlardan 130 nəfər 600-dən yuxarı, onlardan 26 nəfəri isə 650-dən yuxarı bal toplayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri qeyd edib ki, şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Zakir Fərəcov yeni tədris ilinə qədəm qoyan şagirdləri təbrik edib. Onların da yüksək bal toplayaraq ali məktəblərə qəbul olmalarını arzulayıb. Çıxışlardan sonra şəhid ailələrinin orta məktəbə gedən övladlarına məktəbli ləvazimatları, təhsildə fərqlənən müəllimlərə fəxri fərmanlar, qəbul imtahanlarında yüksək nəticələr əldə edən şagirdlərə isə qiymətli hədiyələr təqdim olunub.

Tədbirdə qeyd olunub ki, bu il Sumqayıt məktəblərindən 3015 məzun ali təhsil müəssisələrinə sənəd verib, onlardan 2448 nəfəri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.  Beləliklə bu il ali təhsil müəssisələrinə qəbul şəhər üzrə 81% olub.

“Sabahın alimləri” müsabiqəsində Sumqayıt məktəblərinin 6 layihəsi medala layiq görülüb. “Heydər Əliyev” ili çərçivəsində bütün məktəblərdə tədbirlər, müsabiqələr və açıq dərslər keçirilib. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində Sumqayıt şəhəri üzə iştirak edən iki nəfər şagirdimizin hər ikisi 1-ci yerə layiq görülmüşdür. Şagirdlər həmçinin müxtəlif istiqamətli tədbir, incəsənət idman və intellektual yarışlarda iştirak edərək “Xəmsə Milli İntellektual Oyunu”, “Fövqəladə hallar uşaqların gözü ilə” X respublika uşaq yaradıcılıq müsabiqəsi, “Xəmsə möcüzəsi” I Respublika onlayn incəsənət-festival müsabiqəsi, “Əlaçı” televiziya layihəsində bir sıra nailiyyətlər əldə edibTəhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində isə şəhər üzrə yeddi layihə qalib olub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər