Zakir Fərəcov yanğın baş verən ərazidə
18 yanvar 2024 | 15:22
17.01.2023-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş vermişdir. Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gedərək yanğının necə baş vermə səbəbi və orada yaşayan sakinlərin vəziyyətləri ilə maraqlanıb.