Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib

19 may 2022 | 10:16

Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə mütəmadi olaraq şəhərin müxtəlif yerlərində səyyar qəbullar keçirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 21-ci məhəllə ərazisində keçirib. Qəbulda 30-a yaxın vətəndaşın təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulda iştirak edən şəhər sakinləri Sumqayıtda son illərdə görülmüş genişmiqyaslı işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər