Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Sumqayıtda yeni xəstəxananın tikintisinə baxış keçirdi

27 avqust 2022 | 11:35

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 saylı Sumqayıt şəhər xəstəxanasının yeni binasının tikintisi ilə tanış olub. İş icraçıları xəstəxananın tikintisi ilə bağlı görülən işlər barədə məlumat verib.

2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı.

Şəhər rəhbərinə məlumat verilib ki, tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb.

Keçidlər