Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov “Son zəng” tədbirində iştirak edib

14 iyun 2022 | 16:52

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1 nömrəli tam orta məktəbdə keçirilən son zəng tədbirində iştirak edib.

Tədbirdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin müəllim və şagird kollektivini, eləcə də valideynləri təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəhər rəhbəri qeyd edib ki, son illər qazanılan bütün uğurlar cənab Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi diqqətinin nəticəsi kimi dəyərləndirilməlidir.

Vurğulanıb ki, ötən dövr ərzində Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Son bir il ərzində şəhər ərazisində 3 məktəb tikilərək istifadəyə verilib. 1 nömrəli tam orta məktəb də Prezident İlham Əliyevin sərəncamı ilə sökülərək yerində müasir məktəb tikilib.

Keçidlər