Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov şəhid ailələrini ziyarət etdi

26 sentyabr 2023 | 12:46

Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Vətən Müharibəsi Qəhrəmanları – Sübhan Cəbrayılov və Ramiz Cəfərovun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhidlərimiz üçün ayrılmış guşəyə baxış keçirib.

Şəhər rəhbəri bildirib ki, cəmi 44 günə qazanılan Zəfər Azərbaycan tarixinə şəhidlərimizin canı, igidlərimizin qanı ilə yazılıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!

Zakir Fərəcov qeyd edib ki, şəhid ailələri və qazilərimiz ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər