Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov səfirlə görüşdü

16 iyul 2022 | 10:41

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşüb. Şəhər rəhbəri qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Qeyd olunub ki,iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, investorlar üçün cəlbedici güzəştlər mövcuddur.

Səfir Hildi Hamid Sumqayıt şəhərinə rəsmi səfərindən məmnunluğunu ifadə edib. Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrdə çox gözəl əlaqələr qurulub və bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial mövcuddur. İki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində Sumqayıt şəhəri mühüm rol oynaya bilər. Bu məqsədlə İndoneziyanın Surabaya şəhəri ilə Sumqayıtın dostluq əlaqələrinin qurulmasının vacibliyindən danışıb. Çıxışlardan sonra İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin hədiyyələri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun hədiyyələri İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidə və nümayəndə heyətinə təqdim olunub.

Keçidlər