Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov sakinlərlə görüşdü

26 avqust 2022 | 11:27

Sumqayıt şəhərində davamlı olaraq əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması üçün səyyar qəbullar keçirilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində  keçirib.

Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər