Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Raquf Orucovun oğlunu təbrik etdi

07 sentyabr 2023 | 12:37

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun övladı ilə görüşüb.

Zakir Fərəcov şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclunu tələbə adını qazanması münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıb, gələcək həyatında uğurlar arzulayıb. Bildirib ki, şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur.  Çünkü şəhid övladları Vətənə əmanətdir.

Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və Nihad Oruclu səmimi görüşə və göstərilən diqqətə görə şəhər rəhbərinə təşəkkürünü bildirib.

Sonda Nihad Raquf oğlu Orucluya hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, Oruclu Nihad Raquf oğlu  Bakı Oksford Məktəbinin məzunudur. Təhsilini ADA Universitetinin Kompyuter mühəndisliyi ixtisası üzrə davam etdirəcək.

Keçidlər