Zakir Fərəcov növbəti səyyar qəbul-görüşü keçirdi
Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə müxtəlif yerlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 22-ci məhəllə ərazisində keçirib. Səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və aidyyatı qurumların rəhbərləri iştirak edib.
Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.