Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib

01 sentyabr 2024 | 16:04

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib.

Şəhər rəhbəri 45 saylı Sumqayıt 4-cü seçki dairəsi üzrə 7 saylı məntəqədə səs verib.

Qeyd edək ki, Sumqayıt şəhərində seçicilər 6 seçki dairəsi üzrə 210 seçki məntəqəsində səs verirlər.

Məlumata əsasən, şəhərdə ümumi seçicilərin sayı 273 min 698 nəfərdir. Onlardan 2 499-u ilk dəfə səs verir. Seçicilərdən birinin yaşı 100-dən çoxdur.

Keçidlər