Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov idman məktəbində oldu, burada idmançılarla görüşdü

10 sentyabr 2022 | 16:07

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində fəaliyyət göstərən  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində olub. 

Şəhər rəhbəri idman məktəbində yaradılan şəraitlə tanış olub, burada idmançılarla görüşüb. Məktəbin direktoru Fuad Aslanov təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, məktəb 2011-ci ildə istifadəyə verilib. Bu dövr ərzində təhsil oçağı bir çox uğurlara imza atıb. Son 3 ildə isə medal sayına görə məktəb respublikada ilk sırada qərarlaşıb.

Keçidlər