Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsində səhiyyə müəssisələrinin vəziyyəti ilə maraqlanıb

13 may 2023 | 09:39

Sumqayıt Şəhər İcra Hakimiyyıtinin başçısı Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli xəstəxanada olub, buradakı mövcud vəziyyətlə yaxından tanış olub.

Məlumat verilib ki, xəstəxana 1924-cü ildən istifadəyə verilib. 1 əsr yaşı olan xəstəxana istismara yararsız vəziyyətə düşüb. Şəhər rəhbəri qəsəbə ərazisindəki səhiyyə müəssisəsinin mövcud vəziyyətindən narahat olduğunu ifadə edib və yeni xəstəxananın tikilməsinin vacibliyi vurğulayıb.

Zakir Fərəcov Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Hacı Zeynalabdin qəsəbəsi üzrə filialında da olub.

Keçidlər