Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov General Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada olub, şagirdlərlə və müəllimlərə görüşüb

06 yanvar 2023 | 18:21

Sumqayıt Şəhər İcra hakimiyyətinin Başçısı Zakir Fərəcov General Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada olub, şagirdlərlə və müəllimlərə görüşüb.

Şəhər rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.

Gimnaziyanın direktoru Qönçə Hüseynova məlumat verib ki, rəhbəri olduğu müəssisədə 24 sinif kompleksti var ki, burada da 649 şagirdin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.  Gimnaziyanın bir sıra uğurları da mövcuddur. Belə ki, məktəbin 1 şagirdi Dünya Olimpiadasında Riyaziyyat fənni üzrə 3-cü yerə layiq görülüb. 1 şagird isə Güləş üzrə Respublika çempionatında birinci yerə layiq görülüb.

Məktəbin pedoqoji kollektivi ilə görüşdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov onlara bu çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Şəhər rəhbəri prezident İlham Əliyevin hər zaman təhsilə diqqət və qayğı göstərdiyini bildirib. Müəllimlər göstərilən diqqətdən razı qaldıqlarını bildirib və buna görə prezident İlham Əliyevə, birinci vitse prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gimnaziyanın yeməkxanasında olub. Şagirdlərə verilən qidaların keyfiyyəti ilə maraqlanıb. Məlumat verilib ki, gimnaziyada təhsil alan hər bir şagird gündəlik olaraq qida ilə təmin edilir. Hər bir qida isə xüsusi nəzarətdən keçdikdən sonra süfrələrə təqdim olunur.

Keçidlər