Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Cümşüd İsmiyevi 70 illik yubileyi münasibətilə təbrik edib

23 sentyabr 2026 | 15:45

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt “Lift-servis” Birliyinin direktoru Cümşüd İsmiyevi 70 illik yubileyi münasibətilə qəbul edib.
Görüş zamanı Zakir Fərəcov Cümşüd İsmiyevin uzunmüddətli və səmərəli əmək fəaliyyətini, eləcə də şəhərin sosial-iqtisadi inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Bildirilib ki, onun rəhbərliyi dövründə Sumqayıtda lift təsərrüfatının müasirləşdirilməsi, xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılması istiqamətində mühüm işlər görülüb.
Zakir Fərəcov Cümşüd İsmiyevi 70 illik yubileyi və şəhərin sosial-iqtisadi inkişafındakı xidmətləri münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.
Qeyd edək ki, Cümşüd Rüstəm oğlu İsmiyev 1989-cu ildən Sumqayıt “Lift-servis” Birliyinin direktoru vəzifəsində çalışır. O, fəaliyyətinin ilk illərindən işinə yaradıcı yanaşaraq lift təsərrüfatında müasir texniki yeniliklərin tətbiqinə xüsusi diqqət göstərib, bir sıra xarici ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb. Azərbaycanda, eləcə də Cənubi Qafqazda lift xidmətinin Rəqəmsal İntellektual İdarəetmə Sistemi Sumqayıtda tətbiq olunub. Hazırda şəhərdə dövlət mənzil fondunun balansında olan binalardakı liftlərin 100 faizi bu sistemə inteqrasiya edilib. Bununla da əhaliyə göstərilən lift xidmətlərinin keyfiyyəti, təhlükəsizliyi və operativliyi əhəmiyyətli dərəcədə yüksəldilib.
Cümşüd İsmiyev əmək fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhərin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb. 2024-cü ildə isə Sumqayıt şəhərinin 75 illiyi münasibətilə “3-cü dərəcəli Əmək” ordeni ilə təltif olunub.Uzunmüddətli və səmərəli əmək fəaliyyətinə görə ona, həmçinin “Əmək veteranı” adı verilib.

Keçidlər