Zakir Fərəcov 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb.
İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində öz şücaəti, zəkası, cəsurluğu və möhkəm iradəsi ilə yalnız ailədə deyil, ictimai həyatda da xüsusi fəallıq göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi hisslərini qoruyub saxlamışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Ölkəmizin sosial, mədəni, siyasi və iqtisadi cəhətdən dinamik inkişafı Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması, öz potensialını reallaşdırması, eləcə də ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradır. Hazırda ölkəmizdə elə bir fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasınlar və uğur qazanmasınlar.
Zakir Fərəcov qeyd etdi ki, fədakar Azərbaycan qadının dünyaya gətirdiyi, tərbiyə etdiyi, vətənpərvər ruhda böyütdüyü oğullar 44 günlük Vətən müharibəsində xalqımıza şanlı Qələbəni bəxş etdi.
Şəhər rəhbəri vurğuladı ki, Sumqayıtın sosial-iqtisadi, ictimai və mədəni həyatında da qadınlar hər zaman fəal iştirak edərək şəhərin inkişafına öz töhfələrini vermişlər. Bu gün də Sumqayıt şəhərində baş verən bütün yeniliklər, inkişaf məhz qadınların iştirakı ilə reallaşır.
Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci vitse – prezident Mehriban xanım Əliyevanın hər bir qadına nümunə olmasıından danışdılar və göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildirdilər.
Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar təqdim edib.