Zakir Fərəcov 5-ci mikrorayon ərazisində səyyar qəbul keçirdi
Bu gün Sumqayıtın şəhər statusu almasının 75-ci ildönümüdür. Şəhər Günündə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ənənəvi səyyar qəbulunu keçirib.
Vətəndaş qəbulu şəhərin 5-ci mikrorayon ərazisində keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Görüşdə Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib. Sakinlər təklif və şikayətlərini şəhər rəhbərinə çatdırıblar.
Görüşdə qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.