Zakir Fərəcov 22-ci məhəllədə sakinlərlə görüşdü
Zakir Fərəcov 22-ci məhəllədə sakinlərlə görüşdü
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti səyyar-qəbul görüşü keçirilib.
Sumqayıt şəhər 22-ci məhəllə ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri qeyd edib ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.
Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.