Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov 2 nömrəli məktəbdə olub, şagirdlərlə və müəllimlərə görüşüb

10 fevral 2023 | 12:01

Sumqayıt Şəhər İcra hakimiyyətinin Başçısı Zakir Fərəcov 2 nömrəli məktəbdə olub, şagirdlərlə və müəllimlərə görüşüb.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.

Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.

 

Keçidlər