Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov 13 nömrəli məktəbdə oldu, şagirdlərlə görüşdü

26 noyabr 2022 | 12:28

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbdə olub, mövcud şəraitlə yaxından tanış olub.

Şəhər rəhbəri  məktəbdə müəllim və şagirdlərlə görüşüb, tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.

Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.

Keçidlər