Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Sumqayıt şəhər təşkilatı ağacəkmə aksiyası keçirib

11 noyabr 2022 | 09:55

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Sumqayıt şəhər təşkilatı Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP İdarə Heyyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev,  Sumqayıt şəhər İcra Hakimiyyətinin və YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və könüllülər iştirak ediblər.  Aksiya iştirakçıları Sumqayıt Bulvarı ərazisində 300 ədəd sərv və şam ağacları əkiblər.

Aksiya zamanı qeyd olunub ki, bu tədbir Yeni Azərbaycan Partiyası nümayəndələrinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.

Sonda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə partiya fəalları fəxri fərmanla təltif olunub.

Keçidlər