Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri və minlərlə şəhər sakini iştirak edib.
Azərbaycanın tanınmış müğənniləri Zülfiyyə Xanbabayeva, Miri Yusif, Nadir Qafarzadə, Samir Cəfərov, Fidan Hacıyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Azər Zeynalov, Aşıq Əli, Aşıq Samirə, Aytən Məhərrəmova, Çinarə Məlikzadə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramında iştirak edib.
Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olub.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib.