Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, millət vəkilləri – Tahir Mirkişili, Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Genişmiqyaslı ağacəkmə aksiyası zamanı Sumqayıt bulvarı ərazisində 11 min zeytun ağacı əkilib.