Görülən işlər Novxanı–Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
Sumqayıtda yolların asfaltlanması davam edir
16 aprel 2024 | 12:05
Son illər Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.
Hazırda Sahil küçəsində təmir işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir.