Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda yollar qardan təmizlənir, duz-qum qarışığı səpilir

09 yanvar 2023 | 10:59

Sumqayıt şəhərində hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar səhər saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib.

Şəhər ərazisindəki küçə və prospektlərdə səhər saatlarından başlayaraq iş aparılıb, yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib.  Hazırda bu istiqamətdə işlər davam etdirilir. Hazırda yollarda avtomobillərin hərəkəti üçün ciddi problem müşahidə olunmur.

Keçidlər