Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda yeni su xətləri çəkilir

26 sentyabr 2023 | 15:05

Sumqayıtda üç minə yaxın sakinin yaşadığı əraziyə yeni su xətləri çəkilir.

Novxanı bağları yaşayış massivində su xətti çəkilir. “Azərsu” ASC Bağlar Sukanal İdarəsindən bildirilib ki, yeni xətt 500-ə yaxın abonentə verilən suyun keyfiyyətini daha da yaxşılaşdıracaq.

Bundan başqa, Sahil küçəsində yerləşən kafe, restoran və digər ictimai-iaşə obyektlərinin kanalizasiya xətləri magistral xəttə birləşdiriləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, uzunluğu 7 km olan adıçəkilən küçəyə 70 000 kvadratmetr asfalt vurulması nəzərdə tutulub. Artıq yolun istismara yararsız asfalt qatının qaşınmasına başlanılıb.

Keçidlər