Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda yeni dayanacaqlar quraşdırılıb

24 noyabr 2023 | 09:51

Sumqayıt şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılması, keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması istiqamətində mühüm layihələr icra olunur.

Son illər Sumqayıt şəhərində 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxılıb. Şəhər ərazisində 100-ə yaxın yeni dayanacaqlar quraşdırılıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti və SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğun küçəsində növbəti 8 dayanacaq quraşdırılıb.

Qeyd edək ki, Səməd Vurğun küçəsi şəhərin ən böyük küçələrindən biridir. Küçənin sənaye zonasından keçən hissəsində sakinlər ictimai nəqliyyatdan daha çox istifadə edir. Burada SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin istehsal müəssisələri fasiləsiz rejimdə fəaliyyət göstərir. Həmin küçədə 3 müntəzəm marşurut xətti fəaliyyət göstərir. Gündəlik minlərlə şəhər sakini bu marşurutlardan istifadə edir. Quraşdırılan yeni dayanacaqlar sakinlərin sahatlığını təmin edəcək.

 

Keçidlər