Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib

06 sentyabr 2023 | 09:06

Sumqayıt şəhər Ağsaqqallar şurasının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilibTədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Gələn qonaqları salamlayan Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri Təbrik Quliyev xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskar rolunu oynamış Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı  qarşı yönələn qəsdlərin qarşısının alınmasındakı rolundan danışıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.

Zakir Fərəcov vurğulayıb ki, bu gün tarixi şöhrətini bərpa edən 74 yaşlı Sumqayıtın da müasir inkişafı vaxtilə Heydər Əliyevin yaratdığı möhkəm təməllərə əsaslanır. Ümumilikdə Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər edib ki, bu da Ulu Öndərin şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir. Sumqayıtın bu günkü yüksəlişi Heydər Əliyev ideyalarının təntənəsinin təcəssümüdür və bu gün  Sumqayıt artıq sözün əsl mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilmişdir.

Çıxışlarda qeyd olunub ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib. Bu gün İkinci Qarabağ Müharibəsindəki parlaq qələbədən sonra növbəti tarixi missiya həyata keçirilir – düşmənin talan etdiyi Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur.

Keçidlər