Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub

02 may 2023 | 16:16

“Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. İştirakçılar mərkəz haqqında məlumat verilib.

Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilən tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Sumqayıt Qaz İstismar Sahəsi nin rəisi Vəli Sadıqov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə “Azəriqaz” İstehsalat Birliyinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir və Ulu Öndərin irsinin yaşadılması, təbliği istiqamətində böyük işlər görülür.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fərid Ələkbərov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Çıxışlarda bildirilib ki,Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. UluÖndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.

Keçidlər