Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda tibb işçilərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

10 aprel 2023 | 17:27
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi “Ağaclar ağ ciyərlərimizdir” adlı ağacəkmə aksiyası keçirib.
Mərkəzin tabeliyində olan müəssisələrin həyətyanı sahələrində keçirilən aksiyada 150-dən çox həmişəyaşıl ağac əkilib. Aksiyada Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan müəssisələrin əməkdaşları iştirak edib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Keçidlər