Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda tarixi görüş: “Sumqayıt” – “Fehervar” oyunu keçirilib

26 iyul 2024 | 11:25

UEFA Konfrans Liqasının II təsnifatı mərhələsinin ilk oyunları çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstanın “Fehervar” klubunu qəbul edib. Oyunu izləyənlər arasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri Əli Hüseynli, Tahir Mirkişili, Hicran Hüseynova, Emin Hacıyev və Müşfiq Məmmədli olub.

Maraqlı və gərgin keçən qarşılaşma “Fehervar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə hesabı açıb. Lakin, 39-cu dəqiqədə Tobias Kristensen “Fehervar”ın bərabərlik qolunu vurub. Görüşün 52-ci dəqiqəsində Ksaba Spandler qonaq komandanı irəli çıxaran qolu vurub.

Qarşılaşmanın 33-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Xaçayev qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu hadisə “Sumqayıt” üçün vəziyyəti çətinləşdirib və oyun qonaq komandanın xeyrinə nəticələnib.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda keçiriləcək. Bu oyun Azərbaycan futbolu üçün böyük əhəmiyyət kəsb edir.

Keçidlər