Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub

21 sentyabr 2023 | 10:24

Sumqayıtda yerləşən “İstedad” liseyinin nəzdində STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub.

Tədbirdə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Elm və təhsil naziri Emin Əmrullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.
Bununla bağlı Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Facebook” sosial şəbəkəsində paylaşım edib.

“Elm və təhsil naziri Emin Əmrullayevlə birgə mərkəzin açılışında iştirak etdik. İki nazirliyinin dəstəyi ilə yaradılan mərkəzdə riyaziyyat, kimya, informatika, robotiks sahələrində istedadlı şagirdlər aşkar edilərək potensialları inkişaf etdiriləcək, onlar yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanacaq”, – deyə o qeyd edib.

Nazir vurğulayıb ki, tədbir zamanı liseyin müəllim və şagirdləri ilə görüş keçirilib:

“İKT, o cümlədən kibertəhlükəsizliklə bağlı bilikləri artırmağın yolları haqqında danışdıq”.

Keçidlər