Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə təmir işləri aparılır

16 yanvar 2023 | 12:25
Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam etdirilir. Qəbul olunmuş tədbirlər planına uyğun olaraq şəhər ərazisində mərhələli şəkildə yollar asfaltlanır, piyada səkiləri təmir olunur, yaşayış binalarının fasadı yenilənir.
Hazırda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə kompleks tədbirlər görülür. Küçə boyunca piyada səkiləri təmir olunur, yaşayış binalarının fasadları yenilənir.
Qeyd edək ki, bir müddət öncə küçədə asfaltlanma işləri də həyata keçirilib.
Keçidlər